Kiyevdə matəm elan edildi -SƏBƏB
Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib.
Yenixeberorg.com: Bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqramda məlumat verib.
Matəm əlaməti olaraq, Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.
Xatırlasaq ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub.









AZ
RU
