Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyaya qarşı yeni hücumları təsdiqlədi

Zelenski Rusiyaya qarşı yeni hücumları təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli zərbə əməliyyatlarının təsdiq edildiyini açıqlayıb.

Yenixeberorg.com: Dövlət başçısı bu barədə özünün “Telegram” kanalında paylaşım edib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapati, Baş Qərargah rəisi İqor Skibyuk və müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara ilə keçirdiyi xüsusi müşavirədə hücum planlarının müzakirə olunduğunu bildirib: “Rusiyaya qarşı uzaqmənzilli sanksiyalar planının icrasını və “midlstraik”lərimizi təfərrüatlı şəkildə müzakirə etdik. Əməliyyatların bir hissəsinə düzəlişlər etdik, yenilərini isə təsdiqlədik. Ukraynanın dəqiqliyi müharibədə təşəbbüsü ruslara verməməyə və diplomatik həll yollarının yaxınlaşması imkanına ümid etməyə imkan verən əsas amildir”.

Ukrayna lideri həmçinin ölkəsinin hazırda Rusiyanın “son dərəcə amansız” zərbələri altında olduğunu vurğulayaraq, hücumdan müdafiə (HMM) məsələsinin Kiyevə kömək edə biləcək hər bir dövlətin və liderin diqqət mərkəzində durmalı olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam