Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sülh prosesi ilə bağlı yeni təklif var...

ABŞ Rusiya və Ukrayna arasında yeni danışıqları istisna etmir

Ukrayna müharibənin başa çatdırılması istiqamətində sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər təqdim edib.

Yenixeberorg.com: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Zelenski təkliflərin detallarını açıqlamayıb. O, bildirib ki, ABŞ danışıqlar prosesində daha fəal iştirak etməlidir.

Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır deyil və Rusiyaya göstərilən təzyiq hələ də kifayət qədər deyil.

Zelenski eyni zamanda vurğulayıb ki, Ukrayna sülh müqabilində Donbasın nəzarətində qalan hissəsindən imtina etməyə razı olmayacaq. Onun sözlərinə görə, danışıqlarda əsas məsələlərdən biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləridir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Zelenskinin münaqişənin başa çatdırılması ilə bağlı ABŞ tərəfinə təqdim etdiyi təkliflərin Moskvaya məlum olmadığını bildirib.

Ryabkovun sözlərinə görə, Vaşinqton həmin təklifləri Rusiya tərəfinə çatdırmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam