Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kuba ABŞ-ni ittiham etdi -SƏBƏB

kuba-abs-ni-ittiham-etdi

“ABŞ sanksiyaları Kubada ərzaq, dərman və tibbi avadanlıqların daşınmasına mane olur”.

Yenixeberorg.com: Bunu Kuba xarici işlər naziri Bruno Rodrigez ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalardan danışarkən deyib.

O, Vaşinqtonu Kuba hökumətinin əhaliyə əsas xidmətlər göstərməsinə qəsdən mane olmaqda ittiham edib.

Rodrigez ABŞ Dövlət katibi Marko Rubionu da tənqid edərək, yeni sanksiyaların xüsusilə özəl mikro, kiçik və orta müəssisələrin təchizat imkanlarına mənfi təsir göstərdiyini bildirib.

ABŞ yeni sanksiyalar çərçivəsində Kubanın mədən, xarici ticarət və metallurgiya sektorları ilə əlaqəli şəxsləri, eləcə də, doqquz dövlət qurumunu hədəfə alıb.

Bundan başqa, Kuba Xalqları ilə Dostluq İnstitutunun (ICAP) üçyüksək vəzifəli şəxsinə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Rodrigez ABŞ-nin Kubaya qarşı sanksiya siyasətini “uğursuz vəsvəsə” adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam