Ukraynanın daha iki yaşayış məntəqəsi işğal edildi

Rusiya Silahlı Qüvvələri Sumi vilayətində Velikiy Prikol və Sadki yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.
Yenixeberorg.com: Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirlik ilk dəfə Ukraynada davam edən müharibə zonasında Kanada istehsalı olan “Titan-S” zirehli avtomobilinin məhv edildiyini açıqlayıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin sutka ərzində Ukraynanın “Flaminqo” raketlərinin buraxılış mövqeyinə, yanacaq-energetika infrastrukturu obyektlərinə və logistika mərkəzlərinə zərbələr endirdiyi bildirilib.
Gecə saatlarında Kiyevdə asbest-sement məmulatları kombinatına zərbə endirilib.









AZ
RU