Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya gələ bilər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya gəlir?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Bakıya səfər edəcəyini istisna etməyib.

Yenixeberorg.com: Bu barədə Simonyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Hacıyevlə görüşün əsas mövzusu Azərbaycan və Ermənistan arasında sülh prosesinin dərinləşdirilməsi ilə bağlı olub.

"Mən məmnunluqla deyə bilərəm ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasına yönəlmiş bütün addımları atır və bundan sonra da atacaq", - o bildirib.

Simonyanın sözlərinə görə, tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəliblər.

Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib: "Mən belə bir səfər edəcəyimi istisna etmirəm, lakin konkret tarix deyə bilmərəm".

Simonyan həmçinin bildirib ki, belə bir görüşün Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini hələ Armen Qriqoryanın icra etdiyi dövrdə keçirilməsi planlaşdırılırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam