Rostovda dron hücumu:Qatarın lokomotivi zədələndi, yaralılar var

Rusiyanın Rostov-na-Donu şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən dronların hücumu nəticəsində 3 nəfər yaralanıb.
Yenixeberorg.com: Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində Rostov vilayətində qatarın lokomotivi də zədələnib. Hadisə səbəbindən 7 sərnişin qatarının hərəkətində gecikmə yaranıb.
Hadisənin digər detalları barədə məlumat verilmir.









AZ
RU