Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Rusiya ilə danışıqlar prosesi bərpa olunur" -"Ukrayna, Avropa və ABŞ yaxın vaxtlarda bir araya gələcək"

post-img
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasının mümkün olduğunu, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlərin yalnız ölkə liderləri səviyyəsində həll edilə biləcəyini bildirib.

Yenixeberorg.com: Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya, daha sonra isə Ukraynaya səfər etməklə danışıqlar prosesini yenidən başladıb. O, tərəflərin danışıqları bərpa etmək üçün hər şeyi edəcəyini deyib.

Ukrayna Prezidenti ərazi məsələsinin hələ də gündəmdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik təminatları və Ukraynanın gələcəyi də müzakirə olunur.

Zelenski bildirib ki, Ukrayna, Avropa və ABŞ yaxın vaxtlarda bir araya gələcək. Görüşün harada keçiriləcəyi hələ məlum deyil, lakin onun Ukraynada baş tutması da istisna edilmir.

Zelenski onu da əlavə edib ki, ABŞ nümayəndələri ilə Ukraynanın rifah planı da müzakirə olunub. Zelenski üçün əsas məsələlərdən birinin müharibədən sonra ölkənin təhlükəsizliyini təmin edəcək güclü təhlükəsizlik və iqtisadi zəmanətlərin əldə olunması olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam