Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xudayarın anası danışdı:Hamısını məhkəməyə verib, təzminat alacağam

Xudayarın anası: Hamısını məhkəməyə verib, təzminat alacağam

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.

Yenixeberorg.com: Şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.

“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.

Həmçinin, Rada Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib.

"O yazını mən yazmamışam. Biz özümüz də istəyirdik ki, o yazı silinsin. Mən o yazının silinməsinə heç bir etiraz etmirəm. Allah Ali Baş Komandanımızın canına sağlıq versin. Xankəndidə gözəl Zəfər Parkı yaradılıb. Orada Xudayarın təsviri var. Bundan gözəl, bundan böyük, bundan şərəfli nə ola bilər?”, - deyə şəhid anası bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam