Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ İrana qarşı sanksiyanı GENİŞLƏNDİRİR

ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək

ABŞ İrana qarşı sanksiyalar çərçivəsində 14 fiziki şəxs və 5 şirkəti sanksiya siyahısına daxil edib.

Yenixeberorg.biz: Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.

Sanksiyalara İraq, BƏƏ, Suriya və Livan vətəndaşları məruz qalıb. Siyahıya daxil edilən şirkətlər isə İraq, BƏƏ və Livanda qeydiyyatdan keçib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısında olan şəxslərlə maliyyə əməliyyatlarının aparılmasına icazə verən lisenziyaların verilməsi qaydasında dəyişiklik edildiyini açıqlayıb.

Yeni qaydalara əsasən, bu cür müraciətlər rədd ediləcək. Yalnız qanunun belə müraciətə baxılmasını tələb etdiyi və ya müraciət edən şəxsin həyatı və sağlamlığı üçün təsdiqlənmiş təhlükə olduğu hallarda istisna tətbiq oluna bilər.

Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulması, həmçinin ABŞ vətəndaşları və şirkətlərinə siyahıdakı şəxslərlə biznes aparmağın qadağan edilməsi deməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam