Ermənistan Rusiya qazına alternativ axtarır -RƏSMİ
“Ermənistan Rusiya qazının mümkün bahalaşması fonunda təchizat mənbələrini şaxələndirməyə və alternativ marşrutlar axtarmağa davam edəcək”.
Yenixeberorg.biz: Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Hökumət rəhbəri Moskvanın qiymət siyasətindən asılı olmayaraq İrəvanın irihəcmli qaz tədarükü üçün alternativ variantlar axtaracağını vurğulayıb:
“Belə təchizatçıların sayı nə qədər çox olarsa, ölkəmiz üçün bir o qədər faydalıdır. Əgər “Tramp marşrutu” üzrə qaz kəmərinin Ermənistandan keçməsi imkanı yaransa, – hansı ki, bundan həm də tranzit gəliri əldə edə bilərik – biz bu yolla da gedə bilərik”.
Nazirlər Kabinetinin iclasından sonra təşkil olunan brifinqdə çıxış edən Paşinyan respublikada qazın qiymətinin hazırda ən yüksək həddə olduğunu da diqqətə çatdırıb:
“Ermənistan Rusiya ilə yanaşı İrandan da qaz idxal edir. Bu qaz elektrik enerjisi istehsalı üçün istifadə olunur və hər kubmetrə 3 kilovat-saat hesablanmaqla geri qaytarılır, qalan artıq həcm isə müqaviləyə əsasən, Ermənistanda qalır”.(“RİA Novosti”)










AZ
RU
