Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya ilə Ukrayna Afrikada döyüşlərə başladı

Moskvada danışıqlarda Malinin nümayəndə heyəti

Ukrayna hərbi kəşfiyyatının təxminən 15 dron mütəxəssisi Malidə yerli üsyançı qüvvələrə yardım göstərmək üçün bu ölkəyə göndərilib.

Yenixeberorg.biz: CNN-in Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadən yaydığı məlumata görə, ukraynalı mütəxəssislər yerli qüvvələrə dronlardan istifadə və pilotsuz uçuş aparatları ilə aparılan döyüşlər üzrə təlimlər keçirirlər.

Bundan başqa, bir neçə ukraynalı mütəxəssisin Sudanda da olduğu bildirilir. Daha əvvəl Çad, Niger və Burkina-Fasodan olan hərbçilərin Ukraynaya gedərək ukraynalı hərbçilərdən “dron müharibəsi” üzrə təlim aldıqları qeyd olunur.

Ukraynanın Afrikadakı fəaliyyəti Rusiya ilə Kiyev arasında qlobal rəqabətin yeni istiqamətlərindən biri kimi qiymətləndirilir. Rusiya tərəfi də son illərdə Afrikada, xüsusilə Mali və digər Sahel ölkələrində hərbi və təhlükəsizlik fəaliyyətini genişləndirib.

Rusiyanın Afrika Korpusu Mali hökumətinə təhlükəsizlik sahəsində dəstək verən əsas qüvvələrdən biri kimi çıxış edir. Beləliklə, Malidə Ukrayna və Rusiya ilə əlaqəli hərbi strukturların və mütəxəssislərin eyni münaqişə mühitində fəaliyyət göstərməsi diqqət çəkir.

Rusiya ilə Ukrayna Afrikada döyüşlərə başladı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam