Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyanın PUA zərbəsindən son anda yayınıb

Boris Conson Rusiyanın PUA zərbəsindən son anda yayınıb

Britaniyanın keçmiş baş naziri Boris Conson, Almaniya kansleri Fridrix Merzin müşavirləri və digər Avropa liderləri Polşa-Ukrayna sərhədindəki Rusiya zərbəsinin ortasında qalıblar.

Yenixeberorg.biz: Bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat yayıb.

“Rusiya PUA-sı “Yaqodin-Dorohusk" sərhəd-keçid məntəqəsinə zərbə endirib.

Həmçinin xidmət kompleksi də vurulub. Fridrix Merzin yaxın müşaviri Rusiya hücumlarının birbaşa şahidi olub.

Kanslerliyin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Sautter də Kiyevdən Polşaya gedən qatarla səyahət edən zaman sərhəd bölgəsindəki PUA hücumları səbəbindən qatar dayanıb, bəzi sərnişinlər təxliyə edilib.

Sautterlə yanaşı, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik üzrə müşavirləri, Almaniya Bundestaqının üzvləri, diplomatlar və elm adamları da olub.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da konfransdan sonra bu xüsusi qatarla Polşaya qayıdırdı. Onun da qatarı PUA təhlükəsi səbəbindən dayanıb, qısa müddət sonra təhlükənin sovuşduğu elan edilib”, - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam