"BMT-də islahat aparılmalıdır"

BMT-də mövcud geosiyasi şərtləri əks etdirmək üçün islahat olmalıdır.
Yenixeberorg.biz: Bunu təşkilatın Baş katibi Antonio Quterreş BRİKS sammitinə ünvanladığı müraciətdə deyib.
"Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir. Bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik", - Quterreş bildirib.









AZ
RU