Rusiya ilə Ermənistan “ər-arvad”dır –Zaxarovadan qalmaqallı bənzətmə
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin Aİİ ilə Avropa İttifaqı arasında tərəddüd etməsinə münasibət bildirib.
Yenixeberorg.biz: Rusiya XİN-in rəsmi nümayəndəsi Ermənistan hakimiyyətinin hazırkı davranışını münasibətləri sarsılmış, lakin hələ də birlikdə yaşayan ər-arvadın vəziyyətinə bənzədib.
“Cavab nə bir dəfə, nə iki dəfə, nə də bir yarım dəfə səslənir. Deyirlər ki, sonra qərar verəcəyik. Bəs bu ‘sonra’ nə vaxtdır? Nə vaxt, bağışlayın, mebelləri çıxarmağa başlayacaqlar? Yəni nə vaxt? Axı bu, elementar düzgünlükdür. Düzgünlükdən danışırıqsa, məsələ məhz budur. Ya var, ya da yoxdur”, – deyə Zaxarova bildirib.
Zaxarovanın mebelləri çıxarmaq ifadəsi onun ər-arvad bənzətməsinin davamıdır. Burada münasibətləri pozulan ər-arvad ayrılarkən arvadın ərinin evindən öz əşyalarını götürüb çıxmasına işarə edilir. Zaxarova bu bənzətmə ilə Ermənistanın Rusiya ilə mövcud münasibətlərdən faktiki ayrılmağa başlayandan, yəni Aİ istiqamətində qəti addım atandan sonramı seçimini açıq elan edəcəyini kinayəli şəkildə soruşur.
Ermənistan rəhbərliyinin Avropa İttifaqına istiqamətlənmiş kursun hələ formalaşmadığı barədə fikirlərinə toxunan Zaxarova qeyd edib ki, bu arqumentlər ötən ilin aprelində qəbul edilmiş “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanunla ziddiyyət təşkil edir.(musavat)










AZ
RU