Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Mübariz Mənsimovun gəmisi necə vurulub? -ölənlər kimlərdir?

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Mübariz Mənsimova məxsus, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

Yenixeberorg.biz: Gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini xilas etmək mümkün olmayıb. Aşpazın meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi hazırda hadisə yerindədir.(Bakupost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam