Kiyev qaranlığa qərq oldu -SƏBƏB

Rusiya ordusunun Kiyevin enerji infrastrukturuna zərbələri şəhərdə elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olub.
Yenixeberorg.az: “Insıder UA” “Telegram” kanalı Ukrayna paytaxtının qaranlığa qərq olma anını əks etdirən görüntülər paylaşıb.
“Hücumdan sonra Kiyevdə işığın kəsilmə anı. Həmçinin su ilə bağlı problemlər barədə məlumat var”, - paylaşımda deyilir.
Ümumilikdə şəhərin Darnitski, Dneprovski, Peçerski, Solomenski və Qoloseyevski rayonlarında elektrik enerjisinin verilməsinin dayandırıldığı bildirilir.









AZ
RU