
Misir Prezidenti Əbdülfəttah əs-Sisi hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra, 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqlayıb. O, konstitusiyaya dəyişiklik edilməyəcəyini vurğulayaraq daha bir müddət prezident olmaq ehtimalını istisna edib.
Yenixeberorg.az: Sisi bunu Misir Hərbi Akademiyasında keçirilən məzun buraxılışı mərasimində deyib.
“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə o bildirib.
2014-cü ildən Misirə rəhbərlik edən 71 yaşlı Sisi 2023-cü ilin dekabrında keçirilən seçkilərdə yenidən qalib gəlib. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərlə prezidentlik müddəti dörd ildən altı ilə qaldırılıb və onun 2030-cu ilədək vəzifədə qalmasına imkan yaranıb.









AZ
RU