Kiyevdə müəssisə vuruldu:ölən və yaralananlar var

Rusiya ordusu Kiyev vilayətinin Obuxov rayonunda müəssisəyə zərbə endirib.
Yenixeberorg.az: Vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko zərbə nəticəsində 1 nəfərin öldüyünü bildirib.
Onun sözlərinə görə, daha altı nəfər yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib və zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Rusiya rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər.








AZ
RU