Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ukraynaya NATO qapısını bağladı

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv olmamalı olduğunu bildirib. O, həmçinin Kiyevin Rusiyanın enerji obyektlərinə hücumlarını dayandırmasının vacibliyini vurğulayıb.

Yenixeberorg.az: Vens bu barədə “2WAY TONIGHT” proqramına müsahibəsində danışıb.

Aparıcı vitse-prezidentdən ABŞ ilə Ukrayna arasındakı münasibətlərin xarakterini soruşub. O, tərəfdaş ölkə ilə müttəfiq ölkə anlayışlarının eyni məna daşıyıb-daşımadığını, yaxud tərəfdaşlığın daha məhdud münasibətlər nəzərdə tutduğunu öyrənmək istəyib.

Vens cavabında ABŞ ilə Ukrayna arasında rəsmi müttəfiqlik sazişinin olmadığını bildirib və Kiyevin NATO-ya üzvlüyünə qarşı çıxdığını açıq şəkildə ifadə edib.

“Bildiyim qədər, bizim Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur. Ukrayna NATO-nun üzvü deyil. Mən onun NATO-ya daxil olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, Ukrayna heyranlığa layiq, çox gözəl insanların yaşadığı gözəl ölkədir. Biz bəzi məsələlərdə əməkdaşlıq edəcəyik, lakin elə məsələlər də olacaq ki, mövqelərimiz fərqlənəcək”, - deyə ABŞ vitse-prezidenti vurğulayıb.

Müsahibə zamanı Vens Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarına da toxunub. O bildirib ki, Kiyev bu hücumları dayandırmalıdır. Söhbətin, ehtimal ki, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdən getdiyi bildirilir.

Beləliklə, Vens bir tərəfdən ABŞ-nin Ukrayna ilə əməkdaşlığı davam etdirəcəyini bəyan etsə də, digər tərəfdən ölkənin NATO-ya üzvlüyünə qarşı mövqeyini və Rusiya ərazisindəki enerji obyektlərinə hücumların dayandırılması tələbini açıq şəkildə ortaya qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam