Ermənistan KTMT-yə qayıtmayacaq -RƏSMİ

Ermənistan xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda biləcəyini təsəvvür etmədiyini bildirib.
Yenixeberorg.az: O, parlamentdə jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Talatbek Masadıkovun son bəyanatlarını şərh edərkən bu fikri səsləndirib.
“Dünyada hər şey bir-birinə qarışıb. Hesab edirəm ki, hamımız birlikdə hər şeyi tam şəkildə müəyyənləşdirməliyik. Şəxsən mən Ermənistanın KTMT-yə necə qayıda biləcəyini təsəvvür etmirəm”, - Mirzoyan vurğulayıb.








AZ
RU