Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı

Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı

Gürcüstanda nəşr olunan populyar "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi barədə dərc etdiyi materiallara görə vətənə xəyanətdə günahlandırılaraq saxlanılıb.

Yenixeberorg.az: Bu barədə Gürcüstan Baş Prokurorluğu rəsmi məlumat yayıb.

"2026-cı ilin fevral ayından başlayaraq Domenti Çubinidze müxtəlif media orqanları və sosial platformalar vasitəsilə mütəmadi olaraq yalan, eləcə də dezinformasiya xarakterli məlumatlar yayıb. O, uydurma faktlar əsasında iddia edib ki, Gürcüstanın baş nazirinin qonşu ölkə ilə imzaladığı gizli razılaşmaya əsasən, David Qareci monastır kompleksinin bir hissəsi Azərbaycana təhvil verilib", - deyə məlumatda bildirilir.

Prokurorluqdan həmçinin izah edilib ki, dövlət sərhədi qonşu ölkələr arasında beynəlxalq müqavilə və ya saziş yolu ilə müəyyənləşdirilir və daha sonra parlament tərəfindən təsdiqlənir. Eyni zamanda, sərhəd məsələləri ətrafında danışıqların aparılması yalnız sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının müstəsna səlahiyyətinə aiddir.

"Sərhədin müəyyənləşdirilməsi və təsdiqi üzrə hökumət komissiyasının mandatı daxilində David Qareci monastır kompleksinin aid olduğu ərazi ilə bağlı bu günə qədər heç bir razılaşma əldə edilməyib. Qeyd olunan rəsmi prosedur baş nazirin hər hansı bir ərazini başqa dövlətə verməsi ehtimalını hətta nəzəri baxımdan da istisna edir", - deyə açıqlamada bildirilir.

Hazırda Çubinidzeyə qarşı sabotaj və vətənə xəyanət maddələri ilə rəsmi ittiham irəli sürülüb. O, təqsirli bilinərsə, dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam