Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın” -ATƏT-dən bəyanat


 ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi zonasında yaranmış son vəziyyətlə bağlı bəyanat yayıb.

Xeberinfo.com:   Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) tərəfindən yayılmış birgə bəyanatda tərəflərdən hərbi texnikanı təmas xəttindən geri çəkmək və həlak olanların cəsədlərini götürməyə imkan yaratmaq tələb olunur.

“Həmsədrlərin Azərbaycan və Ermənistan Müdafiə nazirliklrindən, habelə digər mənbələrdən aldığı informasiyalara görə fevralın 25-də səhər təmas xəttində atəşkəsin ciddi şəkildə pozulması qeydə alınıb, insan tələfatı olub. Bəzi cəsədlər neytral ərazidədir, tərəflər bir-birini hücuma görə ittiham edirlər. Həmsədrlər tərəfləri bundan əvvəl təmas xətinə yaxın yerləşdirilmiş ağır texnikanı geri çəkməyə, ATƏT sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə ötən axşam əldə edilmiş razılaşmaya əsasən cəsədlərin götürülməsinə imkan yaratmağa çağırır”-bəyanatda deyilir.

Həmsdərlər bildirir ki, tərəflər güc tətbiqindən çəkinməyə dair üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində döyüşlər zamanı ordumuzun itki verdiyini bildirib, lakin itkiləriin sayını açıqlamayıb. Bununla belə şəhid olan hərbçilərimizin cəsədələrinin neytral zonada qaldığı məlumdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam