Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Daha 3 bank filialı bağlandı

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 5 aprel qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.

 

Yenixeber.org:  Bu haqda MBNP-dan verilən məlumatda bildirilib.

 

Banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və “Sumqayıt” filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin “NİKOYL” İKB ASC-nin “Masallı” filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

Direktorlar Şurasının iclasında həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

MBNP “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.5.4-cü maddəsinə əsasən “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazənı ləğv edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam