Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İkinci sərbəst yürüşün nəticələri məlum oldu -"Formula-1"

 

Bakıda keçirilən Formula 1 yarışlarında ikinci sərbəst yürüş başa çatıb.

 

Yenixeber.org:   Bu mərhələni də "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen lider başa vurub.

 

Yürüşün son saniyələrində qəza törətməsinə baxmayaraq, o 1:43.362 dəqiqə nəticə göstərərək birinci yürüşdə göstərdiyi nəticəni daha da yaxşılaşdırıb.

İkinci nəticəni "Mercedes" pilotu Valtteri Bottas (1:43.462), üçüncü nəticəni digər "Red Bull" pilotu Daniel Rikkardo (1:43.473) göstərib.

 

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

 

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxıb. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam