Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qəbələ” Avstriya klubunu məğlub etdi -7:0 hesabı ilə

 

2823bf4cf5b5686dba06988963a18274

“Qəbələ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Yenixeber.org:   Məlumata görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” bu gün növbəti yoxlama matçına çıxıb.

Roman Qriqorçukun yetirmələrinin öncədən Albaniyanın “Kukesi” klubu ilə qarşılaşması planlaşdırılırdı. Lakin sonradan rəqibini dəyişən “Qəbələ” Avstriyanın “Qrodiq” komandası ilə görüşüb.

Matç “qırmızı-qaralar”ın 7:0 hesablı darmadağını ilə yekunlaşıb.

Bu, “Qəbələ”nin ikinci toplanışda ilk, ümumilikdə isə Avstriyada 6-cı oyunu olub. Təmsilçimiz buna qədər “Fulpmes” (Avstriya) üzərində 8:0 hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan – 0:2) və “Ludoqorets”ə (Bolqarıstan – 0:2) məğlub olub.

Yoxlama görüşü
30 iyun
“Qəbələ” – “Qrodiq” (Avstriya) – 7:0
Qollar: Stiven Monroz, 24; Ürfan Abbasov, 37; Asif Məmmədov, 47,56; Xavi Hernandes 48; Araz Abdullayev, 58(p); Fərid Nəbiyev, 75

“Qəbələ”: 22. Dmitri Bezotosnıy, 3. Voyislay Stankoviç, 5. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 9. Stiven Monroz, 14. Cavid Hüseynov, 15. Vitaliy Vernidub, 17. Dion Malone, 19. Filip Ozobiç, 32. Endi Halidey, 34. Ürfan Abbasov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam