Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Hakim partiyanın sədrinin müavini güllələnərək öldürüldü -Türkiyədə

 

Türkiyədə, Diyarbəkir əyalətinin Liçe rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Orxan Mərcan güllələnərək öldürülüb.

Yenixeber.org:  Türkiyə KİV-lərinə istinadən məlumata görə, atəş açan şəxslər hadisə yerindən qaçıblar. İlkin məlumata əsasən, silahlı hücum PKK terrorçuları tərəfindən edilib.

Hadisə baş verən regionda atəş açanların axtarışı başlanılıb.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam