Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Toyda qida zəhərlənməsi-Mingəçevirdə

Mingəçevirdə toyda qida zəhərlənməsi

 

Mingəçevir şəhərinin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında zəhərlənmə faktı qeydə alınıb.

“Yenixeber.org:  Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili “Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkiblər.

GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyib: “Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda laborator analizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit, yəni mədə pozğunluğu yaradıb.”

Faktla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam