Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu gün neftçilərin peşə bayramınıdır

Bu gün neftçilərin peşə bayramınıdır

 

20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı kimi qeyd edilir.

Yenixeber.org: 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft və yeni iqtisadiyyat tarixində şanlı səhifə açıb. Bu günün peşə bayramı kimi qeyd edilməsi ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Bu tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının 5-ci və 10-cu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib.

20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasının 1-ci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.

Hər il Neftçilər günündə bu sahədə əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam