Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

BU DA OLDU... Bakıda metroya yağış “yağır”- Video

Bakıda metroya yağış “yağır”

 

Metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik" stansiyasına keçid tunelində vaqonların su axınına rast gəlməsi və suyun vaqonların içinə axdığı ilə bağlı görüntülər yayılıb

Yenixeber.org: Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev məsələ ilə bağlı bildirib ki, buna səbəb sözügedən ərazidə tunelin üstünün asfalt olmamasıdır:

“Tunelin yuxarı hissəsi torpaq olduğundan, son günlər yağan yağış suları buraya yığılıb və yerə hopub. Həmin hissədən də tunelə su sızıb. Bu görüntülərdə su metronun yuxarısından sızır. Burada sel, subasma hadisəsindən söhbət gedə bilməz. Sadəcə, bir sızıntı var idi və əməkdaşlarımız həmin problemi artıq aradan qaldırıb. Bu metroda ilk hadisə deyil. Metroda tuneldə bu kimi halların olması rast gəlinəndir”.

Qeyd edək ki, bu gün metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyasına keçid tunelində su sızıntısının videosu yayılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam