Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Virtual valyuta ABŞ xüsusi xidmətinin məhsuludur –“Bitcoin” haqqında yeni iddialar

Bu günün ən populyar kriptovalyutası olan “Bitcoin” Amerika xüsusi xidmət oqranlarının bir sıra aparıcı Qərb ölkələrinin kəşfiyyat xidmətinə sponsorluq məqsədilə yaradılan məxfi məhsuldur.

Yenixeber.org: Bu barədə yanvarın 18-i informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən iş adamı, “InfoWatch” şirkətlər qrupunun baş direktoru və “Kasperski laboratoriyası” şirkətinin yaradıcısı Natalya Kasperskaya deyib.

Sankt-Peterburq İnforsiya Texnologiyaları, Mexanika və Təcrübə Milli Araşdırma Universitetinin tələbələri qarşısında çıxış edən Kasperskaya bir sıra slayd nümayiş etdirib. Slaydların birində “bitcoin-in sirri aşkar edilib”.

“Bitcoin ABŞ, İngiltərə, Kanadanın başqa ölkələrdə fəaliyyət göstərən kəşfiyyat xidmətini tez maliyyələşdirmə məqsədilə Amerika xüsusi xidmət orqanları tərəfindən yaradılan məhsuldur. İnternet, GPS və TOR kimi “məxfiləşdirilib”. Faktiki olaraq “Dollar 2.0”-dır. Valyutaların məzənnəsinə nəzarət birja sahiblərinin əlindədir”, – “WTFuture” cəmiyyətinin “Facebook”-da dərc etdiyi təqdimatın fotolarında qeyd olunub.

Kibertəhlükəsizlik sahəsində çalışan rus IT-şirkətinin həmtəsisçisinin sözlərinə görə, “Bitcoin”-in yaradıcısı Satoşi Nakamoto (Satoshi Nakamoto) “amerikalı kriptoqraflar qrupunun” təxəllüsüdür. Lakina buna, həmçinin “bitcoin”-in kəşfiyyatın maliyyələşdirilməsi üçün istifadəsinə dair bu gün hələ heç bir sübut yoxdur.

Daha əvvəl “SpaceX” şirkətinin sabit əməkdaşı bildirmişdi ki, Satoşi Nakamoto ixtiraçı və populyar ödəmə sistemi “PayPal”-ın yaradıcısı, habelə “SpaceX” innovasiya şirkətinin təsisçisi və “Tesla” şirkətinin baş direktoru  İlon Maskın (Ilon Musk) investorudur. Bu fərziyyənin də əsaslı sübutu yoxdur. İlon Mask isə bildirib ki, “bitcoin” sahibi olsa da, kriptovalyutanın yaradılması ilə heç bir əlaqəsi yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam