Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Binəqədinin yeni icra başçısı Əhəd Abıyev olacaq– İDDİA(Yeniləndi)


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur. 

Yenixeber.org: Bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.


ÉhÉd abıyev boks ile ilgili görsel sonucu

Qeyd edək ki, Əhəd Abıyev haqqında mətbuatda tez-tez yazılar dərc edilir. O, boks şouları ilə yerli, Kolumbiya bayrağını Ermənistan bayrağı ilə səhv salması ilə də dünya mətbuatında özündən bəhs etdirib.
                                                                  ***
Bu dəqiqələrdə redaksiyamızın elektron poçtuna Daşkəsən Rayon İcra Hakimiyyətindən anlaşılması asan olmayan cavab daxil oldu. Cavabda digər sayta istinadla verdiyimiz xəbərin saytımızdan silinməsi xahiş olunur(?): Hörmətli sayt rəhbərliyi!
Sizin saytınızda bu gün gedən “Əhəd Abıyev Binəqədiyə icra başçısı təyin olunur” başlıqlı xəbərinizə cavab olaraq bildiririk ki, məlumat əsassız və yalandır. Bu xəbər tamamilə şayiədən ibarətdir.
Xahiş edirik bu yalan xəbərin saytınızdan silinməsini təmin edəsiniz.

ÉhÉd abıyev Kolumbiya ile ilgili görsel sonucu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam