Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputatın qarışdığı davanın ŞOK TƏFƏRRÜATI:Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb

 

Deputatın qarışdığı davanın



Milli Məclisin deputatı Kamran Nəbizadənin restoranda kiminlə dava etdiyi məlum olub.



Yenixeber.org: Deputat Kamran Nəbizadənin Bakı restoranlarından birində dava salması haqda məlumatı Eynulla Fətullayevin virtualaz.org saytı yayıb. Həmin məlumatda insidentin Fətullayevin gözü qarşısında baş verdiyi xüsusi vurğulanıb.

Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilmişik.

Əldə etdiyimiz məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib.

Bildirilir ki, Nəbizadənin “Bütün jurnalistləri Qaşıqçı kimi qaşığın içində, “kislota”da əritmək lazımdır” sözlərinə Fətullayevin kəskin cavabı deputatla jurnalistin əlbəyaxa davaya çıxmaları ilə nəticələnib.

Masa ətrafındakıların müdaxiləsindən sonra davanı sakitləşdirmək mümkün olsa da, Fətullayev öz iştirakını qabartmadan, insidenti ictimailəşdirib.(yeniçağ.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam