Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Separatçıların telekanalı Amerika peykində-Bakı təcili hərəkətə keçməlidir

 

60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33” peyki Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. Erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

Yenixeber.org: “İntelsat  33” peyk operatoru  2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

 

Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33” peyki Amerikanın “Boeing” korporasiya tərəfindən istehsal edilib.

Belə görünür ki, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam