Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə sovqatlar paylanılır- FOTOLAR

 

Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə sovqatlar paylanılır - FOTOLAR
Qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılır.
Yenixeber.org: Fonddan verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan bütün ailələri əhatə edir. 



Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər. 



Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Bununla Heydər Əliyev Fondu dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir. 




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam