Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tonoyan geriyə addım atdı-"Müharibə istəmirik"

\

 

Biz müharibə arzulamırıq.

Yenixeber.org: Bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır”, - deyə Tonoyan əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın müdafiə naziri “sülh naminə ərazilər” formatını “yeni ərazilər üçün yeni müharibə” formatına dəyişdiklərini bəyan etmişdi.

“Hərbi əməliyyatları düşmənin ərazisinə köçürmək üçün hücum bölmələrinin sayını artıracağıq”, - deyə nazir bildirmişdi.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu sözlərə reaksiya verərək Ermənistanın hücuma keçməsini arzuladıqlarını qeyd eləmişdi: “Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam