Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sövdələşmə ləğv olunur?!...-“Bild” nəşri yazır

 

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin təchizatına dair müqaviləyə yenidən baxa bilər. 

Yenixeber.org: Bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri Türkiyənin diplomatik çevrələrindəki mənbələrə istinadən yazıb.

Müqaviləyə əsasən Türkiyə S-400 komplekslərinin birinci partiyasını ilin sonuna qədər almalıydı. Lakin bu yaxınlarda prezident Ərdoğan Rusiyaya səfərindən sonra bəyan etmişdi ki, komplekslərin  birinci partiyası daha tez-iyul ayında çatdırıla bilər.

Qəzet yazır ki, Türkiyə ABŞ prezidenti Donald Trampın iradəsinin ziddinə olaraq kompleksləri əldə etməkdə israrlı idi. Baxmayaraq ki, ABŞ S-400 komplekslərinin alınmasına cavab olaraq Türkiyəyə sanksiyalar tətbiq edəcəyi, F-35 qırıcılarının Türkiyəyə satışından imtina olunacağını dəfələrlə bildirib.

“Bild” iddia edir ki, hazırda vəziyyət dəyişib. Türkiyə lirəsinin dəyərdən düşməsi və Birləşmiş Ştatların artan təzyiqləri Ərdoğanı yenidən düşünməyə vadar edir.

 Xəbər verildiyi kimi ABŞ Türkiyəyə S-400 komplekslərinin əvəzində özünün “Petriot” sistemlərini təklif edir. Amma Ankara bildirir ki, bu komplekslər daha bahalıdır və üstəlik taktiki-texniki göstəricilərinə görə Rusiya raket komplekslərindən geri qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam