Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ABŞ İran ordusuna HÜCUM ETDİ:İnqilab Keşikçilərinin raketləri ələ keçirildi

 

ABŞ İran ordusuna HÜCUM ETDİ: İnqilab Keşikçilərinin raketləri ələ keçirildi

ABŞ ordusu İranın hərbi sistemlərinə kiberhücum təşkil edib.

Yenixeber.org: Bu iddia ilə “Associated Press” agentliyi çıxış edib.

Agentliyin adı açıqlanmayan ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, İranın Hörmüz boğazının hava məkanında ABŞ-a aid pilotsuz uçuş aparatını məhv etməsinə cavab olaraq ABŞ prezidenti Donald Trampın razılığı ilə sistemlərə hücum olunub.

İkinci bir mənbə də iddianı təsdiq edib. Onlar hücumda İran İnqilab Keşikçilərinə aid raket sistemlərinə nəzarət edən kompüter sistemlərinin hədəf alındığını bildirib.

Açıqlamada, həmçinin, qeyd olunub ki, hücum planı hələ Hörmüz boğazında iki neft tankerinin partladılmasından sonra qurulub. Donald Trampın İrana hərbi hücum niyyətindən imtina etməsindən sonra isə tətbiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam