Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyədən xəbərdarlıq:“S-400 böhranına görə NATO zəifləyə bilər”

 

 

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq Vaşinqtonun Ankaranı F-35 proqramından çıxarması NATO-nun gücünə, xüsusən də onun cənub cinahına mənfi təsir göstərəcək.

Yenixeber.org: “Anadolu” bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Suriya ilə sərhədində yerləşən qoşunları yoxladıqdan sonra deyib.

Onun sözlərinə görə, Türkiyəni layihədən çıxarmaq cəhdləri ilə bağlı təktərəfli qərarın qanuni əsası yoxdur.

Xatırladaq ki, Vaşinqton S-400 komponentlərinin Türkiyəyə davam edən tədarükləri fonunda Ankaranın F-35 qırıcıları proqramında gələcək iştirakının mümkün olmadığını bəyan edib.

Yeri gəlmişkən, Rusiyanın "Rostex" dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib ki, Türkiyənin maraqlarına uyğun gələrsə, bu ölkəni Su-35 qırıcıları ilə təchiz edə bilərlər.

Bu isə o deməkdir ki, gələcəkdə Rusiya Su-35-i Türkiyə üçün ABŞ F-35-ni əvəz edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam