Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilərin Rusiyaya “böyük qaçışı” -RƏSMİ RƏQƏMLƏR

 

Ermənilərin Rusiyaya “böyük qaçışı” - RƏSMİ RƏQƏMLƏR

Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.

Yenixeber.org: Qaydar adına İqtisadi Siyasət İnstitutunun araşdırmasında belə deyilir.

Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 4,9 min nəfər olub.

Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiyaya ən çox miqrasiya edənlər həm də Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayanaya ən çox miqrasiya edənlər isə Ermənstan vətəndaşlarıdır.

“Kəskin miqrasiyanın artmasının səbəbləri bəlli deyil. Düşünürəm ki, miqrasiya qeydiyyatı və ya miqrasiya məlumatlarının işlənməsi sistemi hələ bizim bilmədiyimiz bəzi dəyişikliklərə məruz qalıb, çünki Rusiya Statistika Komitəsi onlar haqqında heç bir məlumat vermir. Bu bir növ qeyri-təbii artımdır", -deyə İnstitutun aparıcı elmi işçisi Nikita Mkrtçyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam