Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?

 

BDYP-də ciddi qanun pozuntuları aşkarlandı -

Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurulmasının” əsl səbəbi bəlli olub.

Yenixeber.org: Onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi bardə qərar da bu yoxlamalar vaxtı verilib.(bakupost)

Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam