Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda hakimiyyətin istefası tələb olunur-"üzr istəyin və istefaya gedin"

 

İranın aparıcı KİV-i hakimiyyətin və hərbi qüvvələrin Ukrayna təyyarəsinin vurulmasına gətirib çıxaran səhvini bağışlanmaz hesab edirlər.

Yenixeber.org: “İsraelinfo” portalının xəbər verdiyi kimi, ölkəni bürümüş nümayişlər fonunda jurnalistlər başda prezident Həsən Ruhani və dini lider Əli Xamenei olmaqla, hökumətin istefasına çağırış ediblər.

Bir çox qəzetlərin baş məqaləsində «üzr istəyin və istefaya gedin» məzmunlu çağırışlar yer alıb. KİV-lər həm də ondan narazıdırlar ki, qəzanın gerçək səbəblərinin araşdırılması bunca uzun müddət vaxt aparıb.

«Təyyarənin məhv edilməsinin səbəbləri barədə materialların dərcinin yubadılmasına və ictimaiyyətin inamına vurulmuş zərərin səbəbkarı istefa verməli və ya vəzifəsindən azad edlməlidir» - deyə, «İslam respublikası» qəzeti yazıb.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçan Ukrayna təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 176 nəfər olub (167 sərnişin və 9 ekipaj üzvü). Sağ qalan olmaıb. Qəzadan iki gün sonra İran hakimiyyəti bəyan edib ki, hərbi qüvvələr təyyarəni ballistik raket hesab edərək, ona HHM batareyasından atəş açıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam