Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ARDNŞ 1 milyard dollar borc alacaq

 

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, SOCAR) növbəti avrobond emissiyasının həcmini müəyyən edib. 

"Xeberinfo.com":  “Marja”nın məlumatına görə “Moody’s Investors Service”in internet saytında yerləşdirilən məlumatda bildirilir ki, şirkət 2015-ci ilin Mart ayının sonunda 1 milyard dollar məbləğində avrobondlar buraxmağı planlaşdırır.
Agentlik SOCAR-ın yeni avrobond buraxılışına “sabit” proqnozla Ba1” reytinqini verib.
Agentlik tərəfindən verilən “Ba1” reytinqi, ARDNŞ-in korporativ reytinqinə uyğundur.
“ARDNŞ cəlb edəcəyi vəsaiti mövcud borcların maliyyələşdirilməsinə, hasilat və emal əməliyyatlarına xərcləyəcək”,- məlumatda deyilir.
ARDNŞ-nin avroistiqrazlarının buraxılışı “Deutsche Bank” və “JP Morgan” tərəfindən təşkil olunacaqdır.
ARDNŞ bu ayın ortalarında “road-şou” keçirərək investorlarla danışıqlar aparmağa hazırlaşır.
Qeyd edək ki, ARDNŞ bundan əvvəl iki dəfə avrobondların buraxılışını həyata keçirib. ARDNŞ-in debüt avrobondlarının buraxılışı 2012-ci ilin Fevralında baş tutmuşdu. Həmin emissiyanın həcmi 500 milyon dollar idi və buraxılış 5.45 faiz illik gəlirliliklə yerləşdirilmişdi. İlk avrobondların ödəmə tarixi 9 Fevral 2017-ci ildə başa çatacaqdır.
ARDNŞ-nin ikinci dəfə 2013-cü ildə həyata keçirdiyi avrobond buraxılışının həcmi isə 1 milyard dollar idi. Avrobondlar illik 4.75 faiz gəlirliliklə 10 il müddətinə yerləşdirilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam