Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Apteklərə dərman verilməsi dayandırılıb

 

Manatın kəskin devalvasiyasından sonra apteklərə dərman verilməsi dayandırılıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən əczaçılardan biri məlumat verib. Onun sözlərinə görə, dərman depoları apteklərə yalnız ucuz, lakin gündəlik ehtiyac duyulan dərmanları verir. “Əsasən soyuqdəymə üçün həblər, şəkər xəstələri üçün dərmanlar və s. bu kimi dərmanlar verirlər. Amma bahalı dərmanların aptkelərə verilməsi dayandırılıb”, – deyə mənbəmiz bildirib.
Mənbə qeyd edib ki, məsələnin kökündə qiymət artımı dayanır. “Depolara tapşırılıb ki, bir müddət dərmanın qiymətində artım etməsinlər. Lakin bu mümkün deyil. Çünki ölkəyə dərman xaricdən idxal olunur. Dolların bahalaşması avtomatik olaraq digər idxal malları kimi dərmanın da qiymətinin artmasına səbəb olub. Amma depolara tapşırıq gəldiyi üçün qiyməti qaldıra bilmirlər. Bunun əvəzində apteklərə dərman verilməsini dayandırıblar. Müəyyən olunmuş müddət bitdikdən sonra dərmanlar baha qiymətə apteklərə veriləcək”,- deyə mənbə bildirib.(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam