Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda tələbə qızın öldüyü klinika bağlandı

 

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının əməliyyat olunduğu “StarMed” klinikasının fəaliyyəti dayandırıldı.

"Xeberinfo.com":  Məlumata görə, Səhiyyə Nazirliyindən oxu.az-a bildiriblər ki, əməliyyatın aparıldığı “StarMed” klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xatıqladaq ki, Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam