Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ukraynanın güc strukturları miqyaslı xüsusi əməliyyata başladı

25

 

Ukrayna prezidenti Petro Poroşenko ölkənin bütün güc strukturlarının iştirakı ilə miqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend UNN agentliyinə istinadən məlumat verir.
O, qeyd edib: “Mənim tapşırığım və əmrimlə Ukraynanın bütün güc strukturları ukraynalıları öldürən, lakin cəzasız qalan cinayətkar dəstələri yox etmək üçün miqyaslı xüsusi əməliyyata başlayıblar”.

Prezidentin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qatillərini tapmaq və cəzalandırmaq şərəf məsələsidir.
Söhbət Xidmət əməkdaşlarının Volnovaxadakı öldürülməsindən gedir. Ötən şənbə Volnovaxada naməlum şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına avtomat silahlardan atəşə açmışdılar. Öldürülən əməkdaşlar qaçaqmalçıların saxlanması üzrə xüsusi tapşırığı yerinə yetirirdilər.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirmişdi ki, Dnepropetrovsk vilayət administrasiyasının məmurları Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəkləyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam