Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Deputat Hadı Rəcəblinin obyektində həbslər keçirildi

 

Polis Lənkəranın "Palıdlı sahil" istirahət mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə musavat.com-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, əməliyyatın motivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri adı 2004-cü ildə "Ginnesin rekordlar kitabı"na düşmüş şəxs - Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir".

Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin rekordlar kitabı"na salınıb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.

"Palıdlı sahil" istirahət mərkəzinin sahibi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir.

Mənbənin məlumatına görə, hazırda Hadı Rəcəbli həbs olunanların azad edilməsi ilə bağlı hüquq-mühafizə orqanlari ilə danışıqlar aparır: "İdmançılardan ibarət həmin dəstə deputatın himayəsində olub. Dəstənin kriminal “razborka"larda iştirakı ehtimal edilir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam