Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ziya Məmmədovun işçilərinə 120 manat verdim”

 

Salyan rayon sakini Nəqliyyat Nazirliyinin yollarda töycü yığan əməkdaşlarından baş prokuror Zakir Qaralova şikayət edib.

"Xeberinfo.com":  Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 72-də yaşayan Məhəbbət Şakil oğlu Miriyev virtualaz.org saytının redaksiyasına ünvanlandığı məktubunda yazır ki, o, dünən - 13.04.2015-ci il tarixdə Ələt-Bakı avtomobil yolunun Bakı Dərin Dəniz Özülləri Zavodunun qarşısından keçən hissəsində özünə məxsus olan “Ford” markalı, 90 SE 576 dövlət nömrə nişanlı, kiçik tutumlu yük maşını ilə hərəkətdə olarkən Nəqliyyat Nazirliyi Avtomobil Yük Daşımalarının Təşkili İdarəsinin özlərini təqdim etməyən müfəttişləri tərəfindən saxlanılıb.

“Müfəttişlər çox çək-çevir etdikdən sonra məndən 380 manat tələb etdilər. Sonra 120 manata razılaşdıq. Verdiyim pulun müqabilində isə mənə 3 ədəd möhürlü mədaxil qəbzi verilib. Amma bu qəbzlərin heç birinin üzərində məbləğ göstərilməyib. Mən isə bu pulu dövlət büdcəsinə köçürülməsi üçün ödəmişdim. Sizdən xahiş edirəm bu məsələyə hüquqi qiymət verilməsinə yardım göstərəsiniz” - deyə M.Miriyev yazır.

Virtualaz.org

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam