Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şəmsəddin Hacıyevə növbəti etimad

 

 

 

Millət vəkili Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının sədri seçilib. 

"Xeberinfo.com":  Bu barədə rayon təşkilatının bu gün keçirilən iclasında qərar verilib. Məlumatı YAP-ın rayon təşkilatından təsdiqləyiblər.
Qeyd edək ki, təşkilatın keçmiş sədri Zahid Qaralov bir neçə ay öncə dünyasını dəyişmişdi.
Ş. Hacıyev eyni zamanda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri vəzifəsində çalışır. O uzun illər Dövlət İqtisad Universitetinə rəhbərlik edib.

Cənab Hacıyevin rektor postundan kənarlaşdırılması zamanı çoxları fərqli düşünüb, fərqli təbliğat aparırdı: Şəmsəddin Hacıyevin karyerası bitdi, nə bilim rektor siyasi hakimiyyətin qəzəbinə tuş gəldi və s. bu kimi antitəbliğat.

 Bugünkü seçki Şəmsəddin Hacıyevin nüfuzunun göstəricisi olmaqla bərabər, həm də siyasi hakimiyyətdə ona olan rəğbəti əks etdirir. Bu YAP hakimiyyətinin Şəmsəddin müəllimə növbəti etimadıdır...    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam