Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Oğlumun “erməni soyqırımı” haqda dediklərini araşdırıram”

 

Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat Sudeyf İmamverdiyev oğlu Cavid İmamverdiyevin qondarma erməni soyqırımını tanıyan fikirlərinin ona məxsus olub-olmadığını araşdırır.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Modern.az saytına sabiq deputat Sudeyif İmamverdiyev özü məlumat verib. O qeyd edib ki, oğlunun “erməni soyqırımı”nı tanıması ilə bağlı dediklərindən və ya yazdıqlarından xəbərsizdir.

“Mən hələ bunu araşdırıram. O ifadələrin oğluma mənsub olub-olmaması məsələsi hələ ki mənə aydın deyil. Oğlum Cavidin elə bir şey deməsindən xəbərsizəm”,-deyə o bildirib.

Qeyd edək ki, rusiyalı teleaparıcı Tina Kandelaki Facebook-dakı rəsmi səhifəsində “erməni genosidi”ni tanıyan status yazıb. Mətbuatın yazdığına görə, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü Cavid İmamverdiyev də onun fikirlərinə haqq qazandırıb və o, 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “erməni soyqırımı” kimi xarakterizə edib.

Cavid İmamverdiyevin atası Südeyf İmamverdiyev 1995-2000, 2000-2005-ci illərdə deputat olub.

Qeyd edək ki, S.İmamverdiyev Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professordur. YAP-ın təməlini qoyan məşhur “91-lər”dən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam